Livan Hizbullahının baş katibi deyib: Livanda müqavimət bu ölkəyə təcavüz üçün ABŞ və sionist rejimin məqsədlərini məğlubiyyətə uğrada bilmişdir.
Əl-Məyadin televiziyasının məlumatına görə, Seyid Həsən Nəsrullah Beyrutda İslami Müqavimətə Dəstək heyətinin iftar mərasimində deyib: Müqavimət düşmənlə mübarizənin kənarında ittihamlarla da mübarizə aparmışdır. Çünki ittiham irəli sürmək düşmənin proqramının bir hissəsidir və onun qarşısında dayanaraq mübarizə aparmaq lazımdır.
“Livanda müqavimətin müəyyən məqsəd, baxış və vəzifəsi vardır” –deyə Seyid Həsən Nəsrullah bildirib.
Livan Hizbullahının baş katibinin sözlərinə görə, müqavimətin bəsirəti onu öz yolunu davam etdirməkdə sabitqədəm edir.
Seyid Həsən Nəsrullah sözlərinin digər hissəsində deyib: Şəba əkin sahələri, Kəfər Şuba yüksəkliklərinin azad olunması və əsirlərin və şəhidlərin cəsədlərinin İsrailin caynağından geri qaytarılması milli zəruri məsələlərdəndir.
Livan Hizbullahının baş katibi deyib: Təcrübə ABŞ-ın regiondakı 1-ci prioritetinin İsrail olduğunu sübuta yetirib.
Seyid Həsən Nəsrullah deyib: ABŞ İsrailin mənafeyini təmin etmək üçün öz müttəfiqlərinə arxa çevirir. Hərçənd ABŞ dünyaya qəbul etdirmək istədiyi imperialistliyi itirmişdir.