BMTqərargahında Fələstin Xalqının Hüquqlarının İzlənilməsi Komitəsinin açıq iclasının BMT televiziyası ilə birbaşa yayımı Saib Əriqatn cıxışı zamanı və sionist rejimin siyasətlərini kəskin surətdə tənqid edərkən qəflətən kəsilib ki, bu da jurnalistlərin etirazlarına səbəb olub.
IRNA-nın məlumatına görə, bazar ertəsi günü BMT qərargahında keçirilən Fələstin Xalqının Hüquqlarının İzlənilməsi Komitəsinin iclasının yayımı Mahmud Abbasın müavini və baş fələstinli müzakirəçi Saib Əriqatın çıxışı zamanı kəsilib və BMT televiziyasının səhfəsinə belə bir təsvir gəlibdir ki, guya bu iclas qapalıdır.
Keçmişdə iki dəfə BMT televiziyası Bəşşar Cəfərinin çıxışı və onun Qərb ilə regiondakı müttəfiqlərinin Suriya kobudluqlarındakı rolları əleyhinə ifşaçılıqlarını yayım zamanı kəsmişdi.
Bu məsələ hətta BMT-nin baş katibi-Ban Ki Munun da reaksiyasına səbəb olmuşdu. O, bu addımdan narazılıq edərək, onu təəccübləndirici adlandırmışdı.

