AvropaDünyaXƏBƏRLƏR

Lavrov: Rusiya Ukraynaya hərbi qüvvə göndərməyəcək

Rusiya xarici işlər naziri ölkəsinin Ukraynanın şərqinə hərbi qüvvə göndərmək niyyətində olmadığını bildirib.

RİA Novosti-nin məlumatına görə, Sergey Lavrov çərşənbə günü Moskvanın Ukraynanın şərqinə hərbi qüvvə göndərmək niyyətində olmadığını deyərək, bildirib: Rusiya Ukrayna böhranı ilə bağlı istənilən tərəf o cümlədən Ukrayna rəsmiləri ilə müzakirələrə hazırdır.
Rusiya xarici işlər naziri Moskvanın Ukraynanın Luqansk və Donetsk vilayətlərini Rusiyaya birləşdirmək kimi bir niyyəti olmadığını deyib.
Sergeyl Lavrov eyni zamanda Ukraynanın bu iki vilayətinin Rusiyaya birləşdirilməsini “mümkün nəzəriyyə” adlandırıb.
Lavrov həmçinin Amerikalı muzdluların Ukraynadakı fəaliyyəti ilə bağlı ehtimala işarə edərək, deyib: Böyük ehtimalla, bir qrup qərbli xüsusilə də Amerikalı muzdlu Ukraynada fəaliyyətə malikdir.
Rusiya xarici işlər naziri Qərb və Amerikanın Rusiyaya qarşı birtərəfli sanksiyaları barədə də deyib: Əgər Qərb Rusiyaya qarşı sanksiya siyasətini davam etdirərsə, Moskva qarşılıqlı addımlara əl atacaq.
O, eyni zamanda bildirib: Rusiya qarşıdurma niyyətinə malik deyil və Qərb dövlətləri kimi tələsik və düşünülməmiş addımlara əl atmaq istəmir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu