AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya dövlətinin Kimyəvi Silahlara Qadağa Təşkilatı ilə əməkdaşlığı alqışlandı

Suriyanın kimyəvi silahlarının məhv edilməsi qrupunun rəhbəri rəsmi Dəməşqin BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatı ilə əməkdaşlığını alqışlayıb.

BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriyadakı xüsusi koordinatoru Siqrid Kaga bildirib ki, Dəməşqin Kimyəvi Silahlara Qadağa Təşkilatı ilə əməkdaşlığı konstruktiv və faydalı olub.
S.Kaga Suriyanın kimyəvi silahlarının məhv edilməsi prosesindəki irəliləyişlərə işarə edərək, bütün tərəflərdən istəyib ki, bu ölkənin kimyəvi silahlarının məhv edilməsi üzrə səylərini artırsınlar.
BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriyadakı koordinatoru kimyəvi silahların məhv edilməsi mexanizminin mürəkkəb olduğunu deyərək, kimyəvi təchizatları daşıyan kontingentlərin təhlükəsizliyinin təmin edilməsi üçün hərbi dəstəyə ehtiyac olduğunu bildirib.
Bu arada Kimyəvi Silahlara Qadağa Təşkilatı Rusiyanın Suriyada kimyəvi silahların məhv edilməsi əməliyyatındakı rolunu yüksək qiymətləndirib.
Kimyəvi Silahlara Qadağa Təşkilatının 2013-cü ilin noyabrında təsdiq etdiyi proqrama əsasən Suriyanın kimyəvi silahları 2014-cü ilin mart ayının ortalarına kimi tamamilə məhv edilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu