DünyaXƏBƏRLƏR

Lavrov : İranla razılaşma fürsəti itirilməməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İran islam respublikası nüvə mövzusunda əsas addımlar atmağa hazırdır və bu fürsət itirilməməlidir.

 
Lavrov Rossiskaya qazetaya verdiyi müsahibədə deyib: ABŞ dövlət katibi ilə danışıqlarda bildirildi ki, İranın nüvə məsələsinin həlli barədə yaranmış fürsət itirilməməlidir çünki İranın öz üzərinə götürmək istədiyi öhdəliklər gözə çarpacaqdır.
Sergey Lavrov deyib: İran islam respublikası özünün nüvə mövzusunun həlli üçün gözlənildiyindən daha sürətli addımlar atır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də dünən Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığında son müzakirələrdə nəzərə çarpacaq irəliləyişlərin olduğunu bildirərək deyib ki, tamahkar niyyətlər uduş-uduş razılaşma istiqamətini çətinliklərlə üzləşdirə bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu