AfrikaXƏBƏRLƏR

Müsəlman qardaşlarının 500 üzvünün maliyyələrinin dondurulması barədə göstəriş

Misirin yüksək rütbəli təhlükəsizlik və məhkəmə rəsmiləri bildiriblər ki, bu ölkənin müvəqqəti hökuməti Misirin kənarlaşdırılmış prezidenti- Məhəmməd Mursi daxil olmaqla “Müsəlman qardaşları”nın 500-dən yuxarı üzvü və başçısının maliyyələrinin dondurulması barədə göstəriş verib.

Misirin Ədliyyə Nazirliyinin sözçüsü- Əbdüləzim Əl-Əşəri deyib: Nazirlik komitəsinə “Müsəlman qardaşları”nın liderlərindən 572 nəfərin daşınan və daşınmayan əmlakının dondurulması haqda göstəriş verilib.
Ədliyyə Nazirliyinin digər bir rəsmisi bu siyahıda adları gələn rəhbərlərdən Məhəmməd Mursi və onun ailəsi, həmçinin “Müsəlman qardaşları”nın vilayət rəhbərlərinə işarə edib.
Misirin bir təhlükəsizlik rəsmisi də deyib ki, bu siyahı “Müsəlman qardaşları”nın qadın üzvləri, o cümlədən Xəyrət Əl-Şatirin həyat yoldaşı və qızına da şamil olur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu