Əfqanıstan prezident seçkilərinə namizəd olan Əbdüllah Əbdüllahın karvanına qarşı partlayış hücumunun tələfatı on iki nəfərə çatıb.
Frans-Press-in məlumatına görə, Kabil polisinin cinayət axtarışı şöbəsinin müdiri- Seyid Gülağa Haşemi bazar günü deyib ki, bu partlayış hücumu tələfatının sayı on iki nəfərə çatıb.
Bundan öncə əfqan rəsmilər bu hücumun tələfatının sayını altı nəfər elan etmişdilər.
Kabilin qərbində Əfqanıstan prezident seçkiləri namizədi- Əbdüllah Əbdüllahın seçki qrupunu daşıyan avtomobil karvanı cümə günü partlayış hücumunun hədəfinə tuş gəlib, amma ona zərər dəyməyibdir.
İndiyədək bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib.
BMT-nin Təhlükəsizlik Şurası bu hücumu pisləyib və Əfqanıstanda qüdrətin dincliklə ötürülməsini istəyib.