Pakistanda NATO-un yük maşınlarının yolunun bağlanması və Amerikanın pilotsuz təyyarələrinin hücumlarına qarşı aksiyalar 8-ci gününə daxil olub.
Pakistanlı etiraz aksiyası keçirənlər səkkiz gün öncədən bu ölkənin şimal-qərbində yerləşən şəhərlərdə aksiyalar təşkil edərək, NATO-un yük maşınlarının yolunu bağlayıblar.
Aksiya iştirakçıları həmçinin Amerikanın hava hücumları nəticəsində pakistanlıların qırğın edilmələrinə qarşı kəskin etirazlarını bildiriblər.
Pakistanda anti-Amerika aksiyalarının davam etdiyi bir halda dünən cümə günü səhər Amerikanın pilotsuz təyyarələri yenə də Şimali Vəziristan əyalətində bir evə hücum edərək, 3 nəfəri qətlə yetirdilər. NATO-un yük maşınları əsas olaraq, Pakistanın şimal-Qərbində yerləşən Tur-Xəm sərhədindən Əfqanıstana daxil olur. Bu sərhədin etirazçılar tərəfindən bağlanması Amerika və bu ölkənin Əfqanıstandakı müttəfiqləri üçün çoxlu problemlər yaradıb.