Dünyanın 80 ölkəsi Cenevrədə Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransına Hazırlıq Komitəsi İclasında müştərək bəyanat yayaraq, dünyada nüvə silahlarının məhv edilməsini istəyiblər.
İRİB-nin Cenevrədən verdiyi məlumata görə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının qərargahında keçirilməkdə olan Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransına Hazırlıq Komitəsi İclasında iştirak edən ölkələr nüvə ölkələrinin nüvə tərki-silahı haqdakı öhdəliklərini icra etmələri zəruri olan hərəkətlər haqda öz nöqteyi-nəzərlərini bildiriblər. Nüvə silahlarına malik olan ölkələrin özlərinin nüvə tərki-silahı haqdakı öhdəliklərini icra etməkdə irəliləyişlərə malik olduqlarını iddia etdikləri bir halda qeyri-nüvə ölkələri nüvə ölkələrinin bu haqdakı hərəkətlərini kəskin tənqid edərək, nüvə silahı olmayan bir dünyanın yaradılması zərurətinə təkid ediblər. Cenevrədə Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransına Hazırlıq Komitəsi İclasının ən mühüm hərəkətlərindən biri dünyanın 80 ölkəsinin nüvə silahlarından istənilən istifadə və ya bu silahlardan istifadə ilə hədələmənin pislənilməsi üzrə müştərək bəyanat vermələri idi. İran İslam Respublikası bu müştərək bəyanatın banilərindən biri olub. Bu bəyanatın çıxarılması nüvə ölkələrinin kəskin narazılığı ilə yanaşı oldu.
Cenevrədə Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransına Hazırlıq Komitəsi İclası bazar ertəsi günü başlanıb və iki həftə müddətində davam edəcək. Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransına Hazırlıq Komitəsinin ilk iclası ötən il Vyanada keçirildi. Qeyd edilən sazişin bəndlərinə hər 5 ildən bir yenidən baxılır və 2015-ci ildə keçiriləcək Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişinə Yenidən Baxılması Konfransından öncə 3 hazırlıq komitəsi iclasının keçirilməsi qərara alınıb.