Avropa Birliyi ABŞ-ın casusluq fəaliyyətlərinə cavab olaraq bu ölkə üçün sanksiyalar nəzərdə tutur.
Almaniya rəsmiləri bazar ertəsi günü bildiriblər ki, Avropa Birliyi bu birliklə ABŞ arasında informasiya mübadiləsi anlaşması sahəsində bu ölkə üçün sanksiyaları nəzərdə tutacaq.
Bu anlaşmaya əsasən ABŞ mübadilələrə dair məlumatların təhlükəsiz şəkildə göndərilməsi üçün minlərlə bankın istifadə etdiyi SWIFT Beynəlxalq Bankarası Maliyyə Mübadiləsi Cəmiyyəti tərəfindən köçürülən məbləğlərə nəzarət icazəsi ABŞ-ın ixtiyarında idi.
Almaniya ədliyyə naziri Sabine Lotosser Şnarrenberger bu məsələyə toxunaraq bu qərarı Amerika qarşısında Avropa Birliyinin siyasətlərini dəyişməyin nişanəsi adlandırıb.
Guardian qəzeti 24 oktyabr sayında ABŞ tərəfindən dünyanın 35 rəhbərinin telefonlarının dinlənildiyini yazmışdı.
