Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) təmsilçilərindən biri Qəzzə zolağına silah daşıyan bir gəminin dayandırılması iddiasını rədd edib.
Qüdsnet portalı bu gün (cümə axşamı 6 mart) Həmas rəsmisi Səlah Əl-Bərdəvilə istinadən məlumat averib: Qəzzəyə silah daşıyan bir gəminin dayandırılması üzrə Sionist rejim medialarının uydurmaları Fələsin Müqavimətinin imicinə xələl gətirmək və Qəzzə zolağına hücum etmək məqsədi ilə həyata keçirlir.
Sionist rejim mediaları iddia edirlər ki, bu rejimin dəniz qoşunları Qırmızı Dənizin 2500 km-də olan Fələstin sahillərində Qəzzəyə silah daşıyan bir gəmini dayandırıblar.
Əl-Bərdəvil deyib: Sionist işğalçı rejim Qəzzəyə hücum etmək üçün bəhanə ardıncadır və hazırda isə bu iddianı irəli sürməklə Qəzzəyə hücum zəminini hazırlayır lakin Müqavimət hər bir təcavüzü cavablandırmaq iqtidarındadır.
