Tehranın Cümə Namazı xitabətçisi Misirin hazırkı vəziyyətinin habelə bu ölkədəki aqressivliklər və qırğınların davam etməsinin nigaranedici olduğunu bildirib.
Tehranın Cümə Namazı xətibi Ayətullah Əhməd Cənnəti həmçinin deyib: Misirin hazırkı böhranının ən mühüm səbəblərindən biri bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin sionist rejim haqda tutduğu yanlış mövqeləri idi.
Tehranın Cümə Namazı xitabətçisi sonra belə əlavə edib: Mursi hökuməti Qəzzə Zolağının Misirlə sərhəd məntəqəsində yerləşən Rəfəh keçdini bağlamaq, Kemp-Deyvid Müqaviləsini təsdiq etmək, sionist İsrail rejiminə neft ixrac etmək və bu rejimlə dostluq əlaqələrini qurmaqla Misir xalqının istəklərinin ziddinə olan bir yolu seçdi ki, bu hərəkətlər də Misir xalqının qəzəbinə və narazılığına səbəb oldu.
Misir xalqının azadlıq və istiqlaliyyət ardınca olduğunu bildirən Ayətullah Əhməd Cənnəti ümid edibdir ki, bu ölkə xalqı vəhdəti qoruyub, Misir məsələləri haqda müştərək mövqeləri nəzərə alaraq, bir-birləri arasında razılığa çatsınlar və Amerika və sionist İsrail rejimi xüsusiyyət təşkil etməklə düşmənlərin xeyrinə olan toqquşmalara və qan axıdılmalarına tez bir zamanda son versinlər.
Bir amerikalı ağdərili tərəfindən bir qaradərili yeniyetmənin qətlə yetirilməsinə və məhkəmə hakiminin qatilə bəraət qazandırmasına işarə edən Tehranın müvəqqəti İmam Cüməsi Amerikada insan haqları iddiasının ağyalan olduğunu bildirib.
Ayətullah Əhməd Cənnəti öz sözlərinin davamında İran İslam Respublikası hökumətinin səkkiz illik xidmətlərinə görə təşəkkürünü bildirərək, deyib: Mahmud Əhmədinejad və onun hökuməti inqilabi şüarlar və dialoqu yenidən canlandırdı və ümid edirik ki, gələcək hökumət də bu mühüm xüsusiyyəti davam etdirsin.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin İran hökumətinin xidmətlərinə görə təşəkkürünü bildirmələrini bildirən Tehranın Cümə Namazı xətibi sonra deyib: misilsiz formada fəal olmaq, yorulmadan fəaliyyətləri davam etdirmək və sədaqətli olmaq Əhmədinejad hökumətinin xüsusiyyətlərindəndir.