SuriyaXƏBƏRLƏR

Suriya; 9 terrorçu raketi atış üçün hazırlayarkən ölüb

Suriyada terrorçuların raketinin partlaması onlardan 9 nəfərinin ölməsinə səbəb olub.

Suriya Telekanalı bildiribdir ki, terrorçuların Deyrrüzzurda bir raketi atış üçün hazırladıqları zaman raket partlayıb, nəticədə terrorçulardan 9 nəfəri ölüb, onlardan bir qrup isə yaralanıb.

Həmçinin Suriya dövlət ordusunu qüvvələrinin Homs və Laziqiyyəyə hücumları zamanı çoxlu sayda terrorçu öldürülüb.

Suriya ordusu qüvvələri Homs vilayətində Qəriyətəyn şəhərinin yaxınlığındakı məntəqələri terrorçulardan təmizləmə zamanı, terrorçulardan bir çoxunu öldürüblər.

Həmçinin Suriyada silahlı yaraqlı qruplaşmalardan olan Ləvaül-Həqq adlı korpusun başçılarından biri Süleyman Əbdürrəhim Həllaq terrorçu qruplaşmalar arasında baş vermiş toqquşmalar zamanı öldürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu