İranlı mütəxəssislərin səyləri nəticəsində İran “miniatür göz teleskopu” yerləşdirmə bacarığına malik ölkələr sırasına qoşulub.
Şiraz Tibb Universitetinin rektoru- Dr.İmaniyyə bu universitetin mütəxəssisləri tərəfindən əldə olunmuş nailiyyətə işarə edərək, deyib: Yaxın Şərqdə ilk dəfə olaraq, Şirazda bir xəstənin gözünə miniatür teleskopun yerləşdirilməsi əməliyyatı uğurla həyata keçirilib.
Bu, yaşlılar arasında ən geniş yayılmış göz xəstəliklərindən olan göz bəbəyinin molekulyar degenerasiyası xəstəliyi üçün ən yeni metod sayılır.
Göz həkimi və tanınmış cərrah olan Dr.Əli Təvəlli bu haqda deyir: Bu metod ilə cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə təqribən 2 il öncədən Amerika və İngiltərədə start verilib.
Cərrahiyyə əməliyyatında iştirak edən həkim heyətinin digər üzvü- Dr.Sasan Niknam isə deyir: Molekulyar Degenerasiya elə bir xəstəlikdir ki, bu xəstəlik zamanı gözün işığa həssas olan sarı təbəqəsi korroziyaya məruz qalır və xəstə qara ləkədən başqa bir şey görə bilmir.
O, miniatür göz teleskopunun əkilməsi ilə görmə qabiliyyətinin 15%-dən 55%-ə qədər yaxşılaşdığını deyərək, xəstənin gözünün sağlam hissəsindən görmək üçün istifadə edə bilməsinə şərait yarandığını deyir.
Dr.Niknam əlavə edib: Teleskopun qalınlığı 4.4 mm-dir və mövcud göz linzalarından təqribən 13 dəfə qalındır.
87 yaşlı xəstə Əbdülrəhim Ziyani sağ gözünün görmə qabiliyyətini itirmə diaqnozu ilə bu cərrahiyyə əməliyyatı üzərində həyata keçirilən ilk iranlı xəstədir. Cərrahiyyə əməliyyatından sonra xəstənin görmə qabiliyyəti bərpa olunub.
Molekulyar Degenerasiya yaşı 75-dən yuxarı olan şəxslərdə daha çox müşahidə olunur.