Sionist İsrail rejiminin hərbi təhlilçisi ifşa edib ki, Misirin müdafiə naziri bu ölkədə hərbi çevrilişdən düz üç gün öncə İsrailə Məhəmməd Mursinin iqtidardan kənarlaşdırılması ilə bağlı məlumat vermişdi.
Middle East Monitor xəbər portalının məlumatına görə, İsrailin hərbi təhlilçisi Roni Daniel ifşa edib ki, Misir çevrilişindən 3 gün öncə Əbdülfəttah əl-Sisi ölkə prezidenti Məhəmməd Mursinin iqtidardan kənarlaşdırılması ilə bağlı öz səyləri haqda İsrailə məlumat vermişdi.
Daniel sionist rejimin 2-ci televiziya kanalında deyib: Əl-Sisi İsraildən istəyib ki, Həmas hərəkatını nəzarətə götürsün. Əl-Sisi deyib ki, Həmasdan qorxur. Lakin onun qorxusu sionist rejimin ona Qəzzədə hər şeyin güclü nəzarət olması ilə bağlı zəmanət verməsindən sonra çəkilib və İsrail də əl-Sisiyə tövsiyə edib ki, tunelləri dağıtsın.
Daniel əlavə edib: Misirdə hərbi çevriliş İsrailin xeyrinə idi və israillilər və onların təhlükəsizliyi üçün təcili tələb olmuşdur.