SuriyaXƏBƏRLƏR

Bəşşarə Əsəd: Müqavimətdən əl çəkməyəcəm!

Suriya prezidenti Bəşşar Əsəd bir daha təkid edib ki, müqavimətdən və bu ölkə ərazisinin işğal edilmiş ərazilərinin bir qarışından belə vaz keçməyəcək.

Suriya prezidenti Livanda çıxan əl-Əxbar qəzeti ilə müsahibədə bildirib ki, ABŞ və Qərb Suriyanı təslim olmağa və onu öz şərtləri qarşısında baş əyməyə məcbur etmək istəyirlər və bu yolda onlar üçün mühüm olan yeganə şey İsrailin mənafeyidir.

Bəşşar Əsəd Colan cəbhəsinin açıq elan edilməsi haqda da deyib: Bu məsələ tamamilə ciddidir və İsrailin Suriyaya olan təcavüzlərinə cavab lokal və məhdud xarakterli yox, strateji mahiyyətli olacaq.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan haqda da fikir bildirən Suriya prezidenti onun emosional və sentimental bir şəxs olduğunu, ona və ailəsinə(Əsəd və ailəsinə) qarşı mehriban davranışlarını xatırladaraq deyib: Bütün bunlara baxmayaraq, Ərdoğan “Müsəlman Qardaşları” hərəkatının tərəfini saxlayır və onları himayə edir.

Bəşşar Əsəd həmçinin, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun xarici siyasətdəki yanlış davranışlarına görə də Ərdoğanın məsuliyyət daşıdığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu