İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: Qoşulmayanlar Hərəkatının üzvləri nüvə ölkələrinin atom bombalarını məhv və NPT-yə üzv ölkələrə nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə yardım etmələrini istəyirlər.
Məhəmməd Xəzayi cümə axşamı Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-dəki səfirləri və nümayəndələrinin iştirakı ilə keçirilən fövqəladə iclasında atom bombasına malik ölkələrin tərksilah edilməsini habelə, nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna üzv ölkələrə nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə yardımın edilməsini zəruri adlandırıb .
NPT protokolunun yenidən araşdırılması konfransı ilə əlaqədar keçirilən bu fövqəladə iclasda Qoşulmama Hərəkatının BMT-dəki Koordinasiya Mərkəzinin sədri deyib: Qoşulmayanlar Hərəkatının üzvləri davamlı olaraq nüvə silahlarının məhvini özünün başlıca prioriteti elan edib. Eyni zamanda QH bütün üzv ölkələrin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqına təkid edərək, NPT protokoluna ediləcək hər hansı dəyişikliyin bu məqsədə xidmət etməli olduğunu bildirib.
M.Xəzayi əlavə edib: NPT-yə ediləcək dəyişikliklər üzv ölkələrin nüvə silahlarının məhv edilməsi üzrə öhdəliklərinin daha da gücləndirilməsi istiqamətində olmalı və ikili standartlara yol verilməməlidir.
Xəzayi daha sonra deyib: Ediləcək dəyişikliklər üzv ölkələrin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqı qarşısında maneəyə də çevrilməməlidir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi konfransının təşkilatçılarının pozuculuq hərəkətlərini qınayaraq, deyib: Bu konfrans, 2010-cu ildə keçirilən NPT-nin yenidən araşdırılması üzrə ilk konfransda çıxarılan qərara əsasən 2012-ci ildə keçirilməli idi. Amma, region ölkələrinin bu iclasda iştiraka öz hazırlıqlarını elan etmələrinə baxmayaraq, İsrail rejiminin müxalifətlərinə görə, konfrans baş tutmadı.
Xəzayi: Qoşulmayanlar Hərəkatı nüvə ölkələrinin atom bombalarını məhv etmələrini istəyir
