İslami Cihad hərəkatı, Misir məhkəməsinin HƏMAS əleyhindəki qərarını qınayaraq, bu qərarın əslində Işğal rejimi İsrailə xidmət istiqamətində olduğunu bildirdi.
İslami Cihad Hərəkatı, HƏMAS-ın hərbi qolu Qəssam Briqadaları və ya digər hər hansı Fələstinli bir qrupun Misirin daxili işlərinə müdaxilə etməklə suçlanmasının bölgə vəziyyətinin qarışdırılması istiqamətində atılmış addım olduğunu və bu kimi səylərin yalnız sionist düşmənin xeyrinə tamam olacağını bildirdi.
Bu bəyanatın bir hissəsində Qahirə məhkəməsinin HƏMAS əleyhindəki qərarının qətiliklə Misir xalqının görüşünü əks etdirmədiyi ifadə edilmişdir.
Daha əvvəl HAMAS’da Misir hökumətinin HƏMAS əleyhindəki ittihamlarını axmaq xarakterizə Misir rəhbərliyinin bu qərarından sonra artıq Qahirənin Fələstinli qruplar arasında uzlaşma təmin edilməsi istiqamətində vasitəçi rolunu qəbul etməyəcəklərini bildirmişdi.
