Site icon İslami Dəvət

Xaşda polis silahlı avtomobil oğruları dəstəsini dağıtdı, iki üzvü öldürüldü

Xaşda polis silahlı avtomobil oğruları dəstəsini dağıtdı, iki üzvü öldürüldü

Sistan və Bəlucistan vilayətinin polis komandanının müavini Xaş rayonunun İrəndəgan bəxşində silahlı avtomobil oğruları dəstəsinin dağıdıldığını və dəstənin iki üzvünün polis əməkdaşları ilə silahlı qarşıdurmada öldürüldüyünü açıqlayıb.

Keçirilən əməliyyat zamanı 2 ədəd Kalaşnikov avtomatı, 5 daraq, 60 ədəd döyüş gülləsi, oğurlanmış bir dövlət nömrə nişanı və bir ədəd oğurlanmış Toyota avtomobili aşkarlanıb. Həmçinin oğruların sərəncamında olan və cinayətlərin törədilməsində istifadə edilən 2 Toyota və Peugeot avtomobili saxlanılıb.

Exit mobile version