İranXƏBƏRLƏR

Şəhid sərhədçilərin cənazəsi son mənzilə yola salındı

İranın cənub-şərqində, Sistan və Bəluçestan Vilayətində şəhid olan sərhədçilərin pak cənazələri xalqın geniş iştirakı ilə son mənzilə yola salınıb.

İRİB-nin məlumatına görə, mərasim iştirakçıları şəhidlərin cənazələrini daşımaqla yanaşı, “ Bizim bu güllərimiz, hədiyyədir rəhbərimizə” və “Ölüm olsun əcnəbi terrorçulara”, “Silahlı qaçaqçılar edam edilməlidir”, “Zillət bizdən uzaqdır” şüarları veərərək, ədliyyə qurumlarının əcnəbilərə bağlı terrorçularla ciddi davranmalarını tələb ediblər.

Mərasimin davamında iştirakçılar şəhidlərin məqamına öz dərin hörmətlərini bəyan ediblər.

Vəli Fəqihin Sistan və Bəluçestan Vilayəti üzrə nümayəndəsi və Zahidan şəhərinin imam cüməsi Ayətullah Süleymani də bu kimi terror aktlarının qəbuledilməz hərəkət olduğunu deyərək, vurğulayıb: Əgər bəzi muzdlu və asılı ünsürlər imperialistlərin fitnə planı əsasında Sistan və Bəluçestan Vilayətində vəziyyəti gərginləşdirməyə çalışarlarsa, unutmasınlar ki, bu məntəqədə vəziyyət qarışarsa, regionda heç kəsin rahatlığı olmayacaq.

İran İslam Respublikası Nizam-İntizam Qüvvələri komandanı general-polkovnik Hüseyn Zülfüqari də deyib: terrorçu qruplaşmalar 4 ölkə tərəfindən maliyyələşdirilirlər.

Ötən cümə günü axşam Sistan və Bəluçestan Vilayətində, Səravan şəhərinin tabeliyində olan Sirakan sərhəd məntəqəsində sərhədçilərlə terrorçular arasında çıxan toqquşmada İran sərhədçilərindən 14 nəfəri şəhid olub, 6 nəfər isə yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu