XİN: Ukrayna Aİ ilə assosiasiya üzrə danışıqları Yeni il bayramından sonra bərpa edəcək

Ukrayna Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə danışıqları Yeni il bayramından sonra bərpa edəcək. Bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib.

Bununla belə, nazir qeyd edib ki, hazırda Ukrayna-Aİ danışıqları davam edir və sazişin imzalanması məsələsi bağlanmayıb.

Onun sözlərinə görə, sazişin imzalanmaması Ukraynaya sonradan Rusiya ilə danışıqlar aparmağa imkan yaradıb: “Bu danışıqların müsbət nəticələrini artıq görürük”.

↑
Mobil sürümden çık