Yəhudi ravvin qeyriadi bir fitvada kişilərin bir-biriləri ilə əl verərək, görüşmələrini qadağan edib.
Bir israilli ravvin öz fitvasını əsaslandırmaq üçün bu hərəkətin günaha səbəb ola biləcəyini iddia edib.
Qur Təhsil Müəssisəsinin rəisi Abraham Benyamin Silberberq İsrail rejiminin təhsil sisteminin məsul şəxsləri ilə görüşdə deyib: kişilər arasında əl verərək, görüşmək qadağan edilir. Çünki, bu əməl günahkar düşüncələrə səbəb ola bilər.
Bu fitvaya əsasən kişilər yalnız bir-birilərinin barmaqlarının uclarına toxuna bilərlər.
2011-ci ildə də bir israilli ravvin bir fitvada qadınların sürücülük dərsləri almaları və avtomobil idarə etmələrini qadağan etmişdi.
