Amerikanın casusluq təşkilatının sabiq zabitlərindən biri Amerikanın telefonları gizli dinləmə əməllərini ifşa etmiş Eduard Esnodenin ABŞ federal təhqiqat bürosuna etimad etməsi barədə ona xəbərdarlıq edib.
Vaxtı ilə ABŞ dövlətinin suda boğma işgəncə metodundan istifadə etdiyini ifşa etmiş Con Kriako ” Firedog Lake” internet portalında yayılmış Esnodenə açıq məktubunda yazır: FTB məmurları yalan danışırlar, kələk gəlirlər və başına börk qoyurlar.
ABŞ mərkəzi kəşfiyyat idarəsinin bu keçmiş zabiti hal-hazırda ABŞ-ın Guantanamo təcridxanasında məhbuslara işgəncə əməliyyatları barədə ifşaçılıqlar etdiyinə görə 32 ay müddətində həbs cəzasına məhkum edilib.
