İranSuriyaXƏBƏRLƏR

Salehi: Suriya böhranı üçün hərbi həll yolu mövcud deyil

Oman Krallığının Şura Məclisi sədri Xalid bin Hilal bin Nasir əl-Məuli şənbə günü İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb, ikitərəfli əlaqələr və regional məsələlər haqda danışıqlar aparıb.

İranın xarici işlər naziri bu görüşdə İran və Oman arasındakı əlaqələrin səviyyəsindən razılıq edərək, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə təkid edib.
Ə.Salehi bu görüşdə İran qazının Omana ixrac edilməsi məsələsini də gündəmə gətirib.

İranın xarici işlər naziri Suriyaya edilən xarici müdaxilələri də sionist rejimin siyasi maraqlarına xidmət adlandırıb və Suriya böhranının xarici müdaxilə olmadan həllinə təkid edib.
Ə.Salehi İranın Suriya böhranının həllinə yardım etməyə hazır olduğunu da bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu