AzərbaycanXƏBƏRLƏR

Azərbaycan Respublikasında referendumun keçirilməsi təklifinə reaksiyalar

Sionistlər tərəfindən istiqamətləndirilmiş formada İrana qarşı gülünc ərazi iddialarının səsləndirilməsi məqsədilə Bakıda keçirilən iclasın ardınca Keyhan qəzetinin icraçı müdirinin Azərbaycan Respublikasının İrana birləşdirilməsi məqsədilə bu ölkədə referendumun keçirilməsi ilə bağlı təklifi Bakıda əcnəbilərdən asılı ünsürlərin əsəbi reaksiyalar vermələrinə səbəb olub. İrana qarşı gülünc ərazi iddialarına son qoyulması üçün Azərbaycan Respublikasında referendumun keçirilməsi təklifinin irəli sürülməsi Azərbaycan Respublikası əhalisinin zehnində belə bir sualın yaranmasına səbəb olub ki, “ Nə üçün Qərb və Sionizmdən asılı siyasətçilər xalqın rəyinə əhəmiyyət vermir və ümumiyyətlə nə üçün indiyə kimi bu məsələ ilə bağlı xalqın rəyinə müraciət olunmayıb?” Digər tərəfdən Azərbaycan Respublikasında referendumun keçirilməsi təklifi həyasızcasına İrana qarşı iddialar səsləndirən, Azərbaycan və İran münasibətlərinə zərbə vurmaqla milli maraqları təhlükəyə atan siyasətbazların passivliyinə səbəb olub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev bildirib ki, bu iclasda səsləndirilən fikirlərin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən bəzi siyasi şərhçilər bildirirlər ki, Bakı iclasında səsləndirilən fikirlər istər Bakının rəsmi siyasəti olsun, istər olmasın, qonşuluq münasibətlərinə yaraşmayan bir hərəkətdir. Bundan başqa belə bir məntiqə söykənmək əslində Azərbaycan Respublikası hökumətinin bu ölkə ərazisi xüsusilə də Bakıdakı hakimiyyət hüququnu sual altına aparmış olur. Xüsusilə ona görə ki, bəzi Bakı rəsmiləri də belə qələmə verirlər ki, bu anti-İran iclasın iştirakçıları Bakı-Tehran əlaqələrinə zərbə vurmaq istəyirlər. Necə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasət və İnformasiya İdarəsinin informasiya şöbəsinin müdiri Elnur Aslanov deyib: Təəssüflər olsun ki, Azərbaycan və İran münasibətlərində pozuculuq törətmək istəyən bəzi qüvvələr davamlı olaraq müxtəlif fikirlər səsləndirir və fərqli mövqelər sərgiləyirlər. Bu konfrans hökumət ilə heç bir əlaqəsi olmayan və dövlət orqanlarında heç bir vəzifə tutmayan şəxslər və tədqiqat mərkəzləri tərəfindən keçirilib və Azərbaycan hökuməti bu iclasa görə heç bir məsuliyyət daşımır. Bakıda keçirilən anti-İran konfransın iştirakçıların sionist rejimindən asılı olmalarını nəzərə aldıqda belə bir sual yaranır ki, “görəsən Azərbaycan Respublikası hökuməti Beynəlxalq Sionizmin nökərlərinə Bakıda belə bir iclas keçirmək icazəsi verməmək iqtidarında deyil?”. Əgər Bakı sionistlərin nökərləri qarşısında bu qədər acizdirsə, bəs nə üçün öz xalqına etiraz aksiyalarının keçirilməsi üçün icazə verməməkdə bu qədər qətiyyətli davranır? Nə üçün, bir necə yüz iştirakçısı olan bir etiraz aksiyasının yatırdılmasında minlərlə təhlükəsizlik qüvvəsi, suvuran maşınlar və təhlükəli şüalanma yaradan təchizatlardan istifadə edir? Azərbaycan Respublikasının İrana qaytarılması və anti-İran separatçı ünsürlərin susdurulması məqsədilə Azərbaycan Respublikasında referendumun keçirilməsi təklifinə edilən reaksiyalar arasında Azərbaycan Respublikası Milli Məclisinin bəzi nümayəndələrinin əsəbi reaksiyaları diqqətçəkən olub. Belə ki, bəzi nümayəndələr İranın Azərbaycana birləşməli olduğunu iddia ediblər. Əlbəttə, tamamilə aydındır ki, bu deputatlar öz deputatlıq mandatlarından məhrum olmamaq üçün bu qədər əsəbi reaksiyalar verirlər. Amma, maraqlıdır ki, əgər bu təklif referenduma qoyulsa maraqlı nəticələrə səbəb olar. Çünki, nəticə bir olacaq. İstər Azərbaycan İrana qaytarılsın, istərsə də İran Azərbaycana birləşsin. Nəticə eynidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu