Yəmən mənbələri minlərlə amerikan hərbçinin qəflətən Yəməndə olmasından xəbər veriblər

Yəmən mediaları hərbi mənbələrə istinadla bildiriblər ki, təqribən 1700 ABŞ həbçisi qəflətən və naməlum tapşırıq üçün Yəmənin cənubunda yerləşən Əl-Ənd hərbi bazasına və ABŞ-ın Sənadakı səfiliyinə daxil olub. Onlar özləri ilə modern silah və hərbi sursatlar gətiriblər.

Yəməndə çıxan Əl-Şəər qəzeti bildirib: 1500 amerikalı hərbçi Ləhəc vilayətindəki Əl-Ənd, 200 digər hərbçi isə Əl-Deyləmi bazasına daxil olub. Onlar sonra bir il bundan öncədən yüzlərlə amerikanın olduğu Sheraton otelinə gediblər.
Yəmənli qaynaqlar bildiriblər ki, Sənadakı amerikalı hərbçilərin sayı 850, Əl-Ənd bazasındakı amerikan hərbçilərin miqdarı isə 5800 nəfərə çatıb.

↑
Mobil sürümden çık