İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, dünən Tehranda BMT-nin Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədlə görüşməsində, İran İslam Respublikasının Yemen’le əlaqədar mövqeyinin, atəşkəsin təmin edilməsi və Yəməndə başlayan siyasi prosesin müvəffəqiyyətli bir şəkildə davam etməsi olduğunu ifadə edərək, “İran, bu siyasi müddətcə Yəməndəki bütün qrupların qatılmasını istəyir” dedi.
Zərif, Yəmənə söykədilən ağır şərtlərin bir an əvvəl dayandırılması çağırışında olarkən, bu ölkəyə istiqamətli aylardır davam edən bombardmanları vətəndaşların ölümü və Yəmənin infrastrukturu daxil şəhərlərinin viran olmasından başqa bir nəticə gətirmədiyini ifadə edərək, günahsız insanların öldürülməsinin kimsəyə bir fayda verməyəcəyini söylədi.
Yəmənə bağlı son inkişaflar haqqında məlumat verən Şeyx Əhməd də bu görüşdə, bütün siyasi qrupların yer alacağı prosesin başladığını və İranın da bu müzakirələrə qatılmasının quruluşçu və faydalı olacağını söylədi.