İngiltərə və Fransa suriyalı müxalifləri silahlandırmaq üzrə qərarlarından vaz keçiblər. bu da müxaliflər üçün vəziyyətin gün keçdikcə daha da çətinləşməsinə səbəb olacaq.
London və Parisin Suriya böhranı haqdakı mövqeləri əsaslı dəyişikliklərə səbəb olub və bu ölkələr müxalifləri silahlandırmaq üzrə qərarlarından vaz keçiblər.
Buna əsasən İngiltərə dövlətinə yaxın olan mənbələr Röyters Xəbər Agentliyinə bildiriblər ki, London silahlı müxalifləri silahlandırma planını bir kənara buraxıb və Suriya prezidenti Bəşşar Əsəd də gələcək illərdə öz vəzifəsində qalacaqdır.
İngiltərənin Röyters Xəbər Agentliyi tərəfindən yayımlanan bu mövqe tutma ilə eyni zamanda Fransanın xarici işlər naziri Loran Fabiyus da deyib ki, Rəsmi Paris suriyalı müxalifləri silahlandırmamaq üzrə öz mövqeyini dəyişməyəcək və bu vəziyyətdə müxaliflərə hücum silahı verməyəcək.
Fransa və İngiltərənin bu mövqe tutmaları suriyalı müxaliflər koalisiyasının kəskin nigaranlığına səbəb olub.
