SuriyaXƏBƏRLƏR

Suriyanın terrorçu “Azad ordusu” qüvvələri Türkiyə polisi ilə toqquşub

Medialar Suriyanın terrorçu “Azad Ordusu” qüvvələrinin Türkiyə sərhəd polisi ilə toqquşmasına dair ziddiyyətli xəbərlər verirlər. İddia olunub ki, 5 Türkiyə polisi yaralanıb və Suriya “Azad Ordusu” qüvvələrindən ikisi öldürülüb.

Məlumatlara əsasən Türkiyənin 5 sərhəd polisi Suriya sərhəd toqquşmasında yaralanıb. Türkiyə mediaları bildiriblər ki, bəzisi mülki vətəndaş olan 10 nəfər Suriyanın Təl-Əbiz girişi qarşısında Akçakala şəhərindəki toqquşmalarda yaralanıb.

Suriyalılar bu giriş qapısından keçməyi gözləyirlərmiş. Lakin onların keçməsinə maneə yaradılan zaman atəş açılıb.

Bəşşar Əsəd hökumətinin müxalifləri Suriya “Azad Ordusu” çərçivəsində adətən sığınacaqları olan Türkiyədən keçirlər ki, hökumət qüvvələrinə hücumlar etsinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu