DünyaXƏBƏRLƏR

Con Kerri İran və Altılar müzakirələrini konstruktiv adlandırıb

ABŞ dövlət katibi İran və 5+1 Qrupu arasındakı müzakirələri konstruktiv adlandırıb.

Röyters-in məlumatına görə Con Kerri dünən Almatıda keçirilən müzakirələrin faydalı olduğunu da vurğulayıb.

Con Kerri həmçinin iddia edib ki, İran əməkdaşlıqlara ciddi formada yanaşarsa uzunmüddətli və hərtərəfli bir anlaşmaya nail olmaq mümkün olacaq.

Amerika dövlət katibi eyni zamanda ölkəsinin İran ilə ikitərəfli müzakirələrə hazır olduğunu da bildirib.

Parisdə Fransa prezidenti və xarici işlər naziri ilə görüşən Con Kerri bir daha Vaşinqtonun ikitərəfli məsələlər barədə İran ilə müzakirələrə hazır olduğunu bildirib.

ABŞ-ın İran ilə müzakirələrə hazır olduğunu elan etməsinə baxmayaraq, Vaşinqton indiyə kimi xoşməramlılığa əsaslanan hər hansı bir addım atmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu