
Peyk xidmətləri ilə məşğul olan “Gulfsat” ərəb şirkəti də Eutelsat peyk şirkətinin birbaşa təzyiqləri altında İranın “İ Film” və “əl-Kövsər” telekanallarının bu peyk üzərindən yayımını dayandırdı.
İranın bu telekanallarını peyk xidməti ilə təmin edən Misirin Nailsat peyk şirkətinə göstəriş verilib ki, bu İran telekanallarının yayımını dayandırsın.
Eutelsat şirkəti söz azadlığına zidd olan bu hərəkətinin səbəbləri ilə bağlı açıqlama verməkdən çəkinib.
Galaxy 19 peyk şirkəti də fevralın 8-də İ Film telekanalına xidmətlərini dayandırıb.