Minlərlə yəmənli bir daha bu ölkənin paytaxtında antihökumət aksiyası keçirib.
Səna şəhərinin sakinləri aksiya keçirərək, bu ölkənin prezidenti- Əbd Rəbbuh Mənsur Hadinin çaxnaşmaların şiddətlənməsi qarşılığında yürütdüyü siyasətlərinə etiraz ediblər.
Aksiya iştirakçıları Yəməndəki məqsədyönlü terrorlara işarə edərək, bildiriblər ki, bir qayda olaraq, Yəmən dövləti ilə müxalif olan siyasi xadimləri hədəfə alan bu terrorların davam etməsi dövlətin bu ölkədəki əmin-amansızlıqlar və qırğınların amillərinin həbs olunmasında zəif və aciz olmasının nişanəsidir.
Yəmənli etirazçılar həmçinin bu ölkədə demokratik bir hökumətin təşkilini vurğulayaraq, bildiriblər ki, xalqın tələblərinə cavab verəcək köklü dəyişikliklərin həyata keçiriləcəyi zamanadək bu aksiyalar davam edəcək.
