İranXƏBƏRLƏR

İranda prezident seçkiləri önəmli beynəlxalq məsələyə çevrilib

İran İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah-ül-üzma Xamenei buyurublar: İranda prezident seçkilərinə hələ bir ay vaxt qalsa da bu beynəlxalq məsələyə çevrilib.

Həzrət Ayətullah-ül-üzma Xamenei bu gün səhər minlərlə xalq kütlələri ilə görüşündə, hər bir vətəndaş xüsusi ilə gənclərə tövsiyə ediblər ki, Rəcəb ayının geniş potensiallarından faydalansınlar.

İslam İnqilabının böyük rəhbəri 24 Xordad prezident seçkilərinin İran xalqı üçün növbəti iftixarlı sınaq olduğunu bildirərək xatırladıblar: Baxmayaraq ki seçkilərə hələ bir ay vaxt qalır bu mövzu beynəlxalq məsələyə çevrilib və beynəlxalq dairələr və İran düşmənləri hətta seçkilərə hazırlıq mərhələləri belə tam diqqətlə izləyirlər.

Ayətullah-ül-üzma Xamenei Düşmənlərin İran xalqını seçkilərdən məyus etməyə çalışdıqlarını xatırladaraq bildiriblər: Ölkədəki vəziyyəti böhranlı göstərmək, problemləri şişirtmək, problemlərin həllinə məyusluq yaratmaq, gələcəyi qaranlıq göstərmək, düşmənlərin dezinformasiyasının İranda qarşıdan gələn seçkiləri rövnəqdən salmaq istiqamətindəki metodlarını təşkil edir.

İslam İnqilabının böyük rəhbəri düşmənlərin bu seçkilərə qarşı İran xalqının məqsədləri ilə fərqli hədəflərə malik olduqlarını xatırladaraq bildiriblər: İran xalqı ölkəni maddi və mənəvi sahələrdə daha sürətlə irəli apara biləcək, problemləri həll edərək daha keyfiyyətli həyat və daha yüksək rifah yarada biləcək, İranın izzət və istiqlaliyyətini xalqın şövqü və ümidi sayəsində təmin edəcək bir şəxsin ardıncadırlar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu