Hindistanın tanınmış sünni ruhanisi və parlamentin sabiq üzvü ifratçı hindlilər tərəfindən Assam vilayəti müsəlmanlarının qətliam edilmələrini pisləyib.
Mövlana Übeydullah Xan Əzəmi bu gün İranın Teleradio Təşkilatı Sərhədaşırı bölməsinin urdu dilli radiosu ilə müsahibədə Hindistanın Assam vilayətində müsəlmanların qətliam edilməsini öncədən təyin olunmuş proqram adlandırıb və deyib: Hindistan hökuməti bu barədə sükut edib.
Hindistan parlamentinin sabiq üzvü əlavə edib: Bu qətliam elə bir halda baş verir ki, bu ölkə parlament seçkilərinin seçki-təbliğat kampaniyası dövründə Bahartiya Canata partiyası müsəlmanları bu partiyaya səs vermədiyi halda Hindistanı tərk etməklə hədələmişdi.
Hindistan polisi bildirib: Müsəlmanların kütləvi şəkildə qırğınında müdaxiləsi olan 22 ifratçı hind həbs olunub.
Assam vilayətində ifratçı hindlərin müsəlmanlara hücumunda 30 müsəlman qətlə yetirilib və bir qrup da yaralanıb. Həmçinin bir qrup öz ev-eşiyini tərk edərək təhlükəsiz bölgələrə gedib.
2012-ci ildə Assam vilayətində ifrat hindlər 100 müsəlmanı qətliam etmişdilər.