Yəməndə sular durulmaq bilmir

Yəmənin təhlükəsizlik qüvvələrinin narazı xalq kütləsinə hücumu zamanı 14 nəfər həlak olub.

Təhlükəsizlik qüvvələri paytaxt Sənada gənclərin dinc etiraz aksiyasına hücum edərək, 14 nəfəri öldürüb, 100 nəfəri də yaralayıblar.
Yəmənin milli təhlükəsizlik qüvvələri də polis əməkdaşlarına dəstək olsun deyə tələbələrin dinc etiraz aksiyasına hücum ediblər.
Təhlükəsizlik qüvvələri həmçinin, xəstəxanada həkim nəzarəti altında olan yaralılardan bir neçəsini oğurlayaraq, naməlum istiqamətə aparıblar. Onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Exit mobile version