FələstinXƏBƏRLƏR

Sionistlərin fələstinli xristianlara qarşı cinayətləri

Sionist hərbçilər Qüdsdə yerləşən “Əl-Qiyamə” kilsəsi ətrafında məhdudiyyətləri artırmaqla fələstinli xristianların öz dini şənliklərini keçirmək üçün kilsəyə daxil olmalarına icazə vermirlər.

Qüds Xəbər Agentliyinin “Fələstin Əl-Youm” qəzetinə istinadlı məlumatına görə, müqəddəs ərazilərdə Xristianların Milli Toplanış Təşkilatının baş katibi və Fəth Təşkilatının İnqilab Şurasının üzvü Dmitri Dilyani şənbə günü deyib: Sionist hərbçilər şənbə günü səhər tezdən qədim Qüds qəsəbəsindən “Əl-Qiyamə” kilsəsinədək yerləşib və bu kilsəni mühasirə ediblər.
Dilyani əlavə edib: Sionist rejimin minlərlə polis və təhlükəsizlik qüvvəsi qədim Qüds qəsəbəsinin, həmçinin “Əl-Qiyamə” kilsəsinin girəcəklərində, yerləşiblər. Onlar yoxlama-buraxılış məntəqələri yaradaraq, məntəqədə təhlükəsizlik atmosferi yaradıblar.
Fəth Təşkilatının İnqilab Şurasının bu üzvü qeyd edib ki, sionist hərbçilər “Əl-Qaimə” kilsəsinin ətrafında məhdudiyyətləri artırıb və fələstinli xristianların öz şənliklərini keçirmək üçün kilsəyə daxil olmalarına icazə vermirlər, belə ki, hazırda kilsədədirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu