AsyaAzərbaycanXƏBƏRLƏR

Yanvarın 7-də Bakıda etiraz aksiyası olacaq

“Bahar enerji” əməliyyat şirkətinin işdən azad olunmuş bir qrup əməkdaşı sabah – yanvarın 7-də Bakıda etiraz aksiyası keçirəcək.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı dedi.

Hüquq müdafiəçisi bildirdi ki, ixtisara düşərək işsiz qalan yüzlərlə neftçi şirkətin baş ofisinə gedən yolda, Qum adasında piket keçirməyi planlaşdırır: ““Bahar enerji” şirkətinin rəhbərlərindən biri, tanınmış iş adamı Hafiz Məmmədovun ixtisarlara münasibəti şirkətdə çalışanların qəzəbinə səbəb olub. Hafiz Məmmədov işdən çıxarılanlara 6 aylıq kompensasiya veriləcəyini açıqlayıb. Amma Hafiz Məmmədov bilsin ki, işdən çıxarılanların əksəriyyəti qadınlardır, bəzilərinin öhdəsində azyaşlı, əlil uşağı var, bəziləri ailə başçısını itirib. Ümumiyyətlə, neft sektorundan uzaqlaşdırılan orta yaşlı qadınların durumu çox acınacaqlıdır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu