DünyaXƏBƏRLƏR

YAP ABŞ-dan arxayındır!!

Hakim Yeni Azərbaycan Partiyası ABŞ-ın Azərbaycandakı səfirinin bir qrup müxalif liderlərlə görüşünü adı qarşılayıb.

Keçmişdə bu kimi görüşləri qeyri adı qarşılamaqda adlı olan YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ-ın “Media forum” saytına deyib ki, səfir istənilən görüşü keçirmək hüququna malikdir.

Siyavuş Novruzov deyib : “ABŞ səfiri iqtidar partiyası və digər partiyalarla da görüşür. Bir müddət əvvəl YAP rəhbərliyi ilə bir araya gəlmişdi. İndi isə prezidentliyə namizədliyini irəli sürən şəxslərlə və siyasi qurumların nümayəndələri ilə görüşü olub. Burda qeyri-adi heç nə görmürük.”

Siyavuş Novruzov vurğulayıb : “YAP bu görüşlərdən narazı deyil. Biz yalnız qapalı görüşlərə etiraz edirik. Hamı aşkarlıq tərəfdarıdır. Ona görə də görüşlərdə müzakirə olunan məsələlər ictimaiyyətə açıqlanmalıdır”.

Sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, EL hərəkatının sədri Eldar Namazov, Liberal Demokrat Partiyanın sədri Fuad Əliyev və REAL hərəkatı Məclisinin sədri Erkin Qədirli ilə qapalı şəraitdə görüşüb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı