AzərbaycanXƏBƏRLƏR

YAP Baş Nazirin sabiq müavininə xəbərdarlıq etdi

Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini hazırda Russiada mühacir həyatı yaşayan Abbas Abbasov səsləndirdiyi siyasi fikirlərinə görə hakim YAP-dan xəbərdarlıq alıb.

Jurnalistlərə “Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, biz buna böyük təəssüf edirik”-deyən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, deputat Əli Əhmədov Abbas Abbasovun son günlər yaydığı bəyanata münasibət açıqlayıb.
A. Abbasovun Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini xatırladan Ə. Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük etimad göstərib və ondan sonra Azərbaycan prezidenti İlham Əliyev də ona böyük etimad göstərib.
Əli Əhmədov deyib : “Əgər bütün bu etimadlardan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxarmalıdır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu