Yaponiyanın Maliyyə Nazirliyi cümə axşamı günü yaydığı özünün ən yeni aylıq məlumatında ötən ay ərzində İrandan neft idxalının ikiqat artmasından xəbər verib.
Statistik məlumatlar Yaponiyanın may ayında İrandan 221 min barreldən yuxarı neft satın almasından xəbər verir, halbuki bu göstərici ötən ilin may ayında yüz min barrelə yaxın idi.
Yaponiya Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ölkə aprel ayında da İrandan gündə təqribən 111 min barrel neft idxal etmişdi.
Neft idxal edən ölkələrə müşavirə xidmətləri verən orqan olan Beynəlxalq Enerji Agentliyi də iyunun 12-də bildirdi ki, may ayında İranın neft ixracatı aprel ayı ilə müqayisədə təqribən 66% artıma malik olubdur.