BəhreynXƏBƏRLƏR

Bəhreyn məscidlərini sökənlər mühakimə edilməlidirlər

Bəhreynin Milli Vifaq Cəmiyyəti bu cəmiyyətin Biladi-Qədim məntəqəsindəki binasında Bəhreyndə məscidlərin sökülməsinə etiraz olaraq, aksiyası təşkil edib.

Bu etiraz aksiyasında iştirak edən bir qrup hüquqi, siyasi və ictimai fəal bildiriblər ki, məscidlərin sökülməsi cinayət işi və qeyri-qanunidir. Bu haqda sükut etmək olmaz və Bəhreyndə məscidlərin sökülməsi üzrə bütün amillər mühakimə edilməlidirlər.

Bəhreynin Şimal Məntəqəsi Şurasının sədr müavini Seyid Əhməd Əl-Ələvi bu haqda deyib: “ Bir amerikalı keşişin Qurani-Kərim nüsxələrini yandırdığı zaman, bütün dünya reaksiya göstərdi. Amma Bəhreyndə məscidlərin sökülməsi zaman, bəziləri bu hərəkəti müxtəlif metodlarla əsaslandırdı. Halbuki Bəhreyn məscidləri müsəlmanların xüsusi bir qrupuna aid deyildir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu