Amerikada çıxan Farin Palisi mətbuat orqanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Vaşinqtonun militarist siyasətlərini tənqid edən tanınmış mütəfəkkir Nuam Çamskiyə qarşı casusluğunu ifşa edən bir sənəd yayımlayıb.
Farin Palisi bu mətbuat orqanının ixtiyarına verilən ifşa edilmiş dövlət sənədlərinə əsasən bildirib ki, MKİ ötən əsrin 70-ci illərində yəni, Nuam Çamskinin ABŞ-ın militarist siyasətlərinə qarşı çıxışlarının ən aktiv dövründə ona qarşı casusluq fəaliyyəti həyata keçirib.
Farin Palisi əlavə edib: Çamskiyə qarşı casusluqla bağlı sənədləri İnformasiya Azadlığı Qanunu əsasında FTB-dən əldə etdiyini bildirib. Ötən illər ərzində FTB MİK-nin casusluq proqramları ilə bağlı sorğuları daim belə bir işin olmadığı iddiası ilə cavablandırardı.
Buna baxmayaraq, indi FTB və MKİ arasındakı yazışmalarla bağlı bəzi sənədlər əldə olunub ki, bu sənədlərə əsasən MKİ Çamskiyə qarşı iş açıbmış.
Bu qeydi imzalayan şəxs MKİ-nin bir rəsmisi olub. Onun dediyinə görə, bu səfər Nuam Çamskinin razılığı ilə baş tutur və bu təşkilat ilə əlaqədə olan bütün insanlarla bağlı MKİ-yə hesabat təqdim edilməlidir.
