Rusiyanın xarici işlər naziri Yaxın Şərq regionu məsələlərinin həllində İran və Türkiyənin iştirak etməsinin vacibliyini vurğulayıb.
İRNA-nın məlumatına əsasən Sergey Lavrov jurnalistlərlə müsahibədə Suriya, İraq, Yəmən, Liviya kimi ölkələrdə yaşanan problemlərə işarə edərək deyib: Yaxın Şərq regionundakı problemlər və məsələlərin həllində İran və Türkiyə kimi müsəlman ölkələr intensiv rol oynamalıdırlar.
“Suriya məsələsi hələ də öz həllini tapmayıb və beynəlxalq təşkilatların da diqqətini özünə cəlb edir.” Deyə Lavrov sözlərinə əlavə edib.
Qeyd edək ki, Rusiya dəfələrlə regionda Yaxın Şərq məsələlərinin həllinin vacibliyini vurğulayıb və bu istiqamətdə rus siyasətçilər İran kimi qüdrətli ölkələrin əməkdaşlığının üzərində təkid ediblər.