Yəmən Silahlı Qüvvələri Ləhc əyalətinin Rəs əl-Arə və Xərz bölgələrində Səudiyyə muzdlularının toplaşdığı mövqelərə qarşı 6 məqsədyönlü əməliyyat həyata keçirib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, əməliyyatlara Səudiyyə zabiti Bədr əl-Hərbi Xərz düşərgəsində və digər bölgələrdə rəhbərlik edib.
Yəhya Səri qeyd edib ki, əməliyyatlar 6 ballistik raketlə həyata keçirilib və raketlər hədəflərə birbaşa zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda ölən və yaralanan olub.



