Yəmən Silahlı Qüvvələrinin hərbi media qurumu Ləhic vilayətinin Məqatirə bölgəsində bu ölkənin silahlı qüvvələrinin irəliləyişini əks etdirən video yayımlayıb. Videoda Təlal əl-Bəlvi adlı Səudiyyə zabitinin komandanlığı altında fəaliyyət göstərən Səudiyyə muzdurlarının məğlub olaraq qaçdığı və geri çəkildiyi göstərilir.
Həmçinin, Məqatirə cəbhəsinin azad edilməsi ilə düşmənin Ədən körfəzi sahilindəki fəaliyyətinə son qoyulduğu qeyd edilib.
