Site icon İslami Dəvət

Yəmən Silahlı Qüvvələri Səudiyyə neft kəmərinin 5 və 6-cı nasos stansiyalarını vurdu

Yəmən Silahlı Qüvvələri Səudiyyə neft kəmərinin 5 və 6-cı nasos stansiyalarını vurdu

Yəmən Silahlı Qüvvələrinin Səudiyyə rejiminin enerji infrastrukturlarına qarşı həyata keçirdiyi hücumlar çərçivəsində Şərqdən Qərbə neft ötürən kəmərin 5 və 6-cı nasos stansiyaları da hədəfə alınıb. Beləliklə, 12 nasos stansiyasından 11-i hədəfə alınaraq yandırılıb və yalnız bir stansiyanın hücuma məruz qalmadığı bildirilir.

Şəhrivər ayında 8, 9, 10 və 11-ci stansiyaların tamamilə məhv edildiyi açıqlanmışdı. Yəmən ordusu Səudiyyə rejiminin gündəlik cinayət və təcavüzlərinə cavab olaraq bu infrastrukturları məhv etməklə əl-Qəvar və əş-Şeybə neft yataqlarından Qırmızı dənizə neftin ixrac və bölgədəki iri emal zavodlarında emal üçün nəqlini faktiki olaraq dayandırıb.

Səudiyyə rejimi nasos stansiyalarını qısa müddətdə bərpa edə biləcəyini düşünərək neft nəqlinin Qırmızı dənizə bərpa olunduğunu açıqlasa da, bu məlumatın yalan olduğu bildirilib. Rejimin Rabığ və Yenbudakı dörd neftayırma zavodu, həmçinin Cizan zavodu fəaliyyət göstərmir.

Exit mobile version