Minsk Qrupunun həmsədrləri Azərbaycan R. və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb, müzakirə aparıblar.
Rusiyanın nümayəndəsi İqor Papov, Fransanın nümayəndəsi Jakus Faur və Amerikanın nümayəndəsi İan Kelli Azərbaycan R-nın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanla görüşüb, Qarabağ böhranı haqda danışıqlar aparıblar.
Onlar Qarabağın hazırkı vəziyyəti haqda fikir mübadiləsi apardıqdan sonra regionda sülh prosesinin bərqərar edilməsi üzrə öhdəliklərinə təkid ediblər.
Müzakirə tərəfləri həmçinin sülhün bərqərar edilməsi prosesində çaxnaşmaları artıran hərəkətlərdən çəkinmə zərurətinə təkid edərək, regionda bu böhranın dərhal həll edilməsini vurğulayıblar.
Minsk Qrupu iyirmi ildən çoxdur ki, Qarabağ böhranının nizamlanması üzrə faydasız missiyasını davam etdirir.