3 gün öncə Londonda bir ingilis əsgərin qətlə yetirilməsinin ardınca, bu dəfə Parisin yaxınlığında bir fransız əsgərə hücum edilib.
Frans24 telekanalının məlumatına görə, naməlum bir şəxs Parisin yaxınlığında yerləşən Qertiye Do La Defans məntəqəsində bir əsgərə hücum edərək, bıçaq və ya iti kəsici alət vasitəsilə onu boğazından yaralayıb və hadisə yerindən uzaqlaşıb.
Bu fransız hərbçi ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində vəzifə başında imiş.
Fransa hökuməti bu hadisənin ardınca bildirib ki, baş vermiş hadisə ilə Londonda bir ingilis əsgərin qətlə yetirilməsi arasında bir əlaqənin olub-olmadığını araşdırmaqla məşğuldur.
Çərşənbə günü Londonda baş vermiş analoji hadisə zamanı Lee Regbi adlı bir ingilis hərbçi günün günorta çağı London küçələrinin birində tam amansızlıqla qətlə yetirilib. Belə ki, qatil onun başını kəsib.
Bu hadisə oxşar cinayətlərin təkrarlanması ehtimalı ilə bağlı nigaranlıqların artmasına səbəb olub.