YUNİFEL: Sionist rejim atəşkəsin pozulmasında məsuliyyət daşıyır

Livanda YUNİFEL qüvvələrinin komandanı İsrail rejiminin Livanla bu rejim arasında atəşkəsin pozulmasında məsuliyyət daşıdığını bildirib.

Birləşmiş Ərəb Əmirliyinin əl-Vətən qəzetinin məlumatına görə, Livanın cənubunda yerləşmiş BMT Sülhü Mühafizə Qüvvələri YUNİFEL-in komandan Hüqo Dilvert Labal işğal olunmuş Fələstin ərazilərində Təl-Əviv Universitetində etdiyi çıxışında deyib: Sionist rejim Livanla İsrail arasındakı atəşkəsin pozulmasında məsuliyyət daşıyır.

Labalın sözlərinə görə, sionist rejim qırıcıları hər gün 10-18 saat Livan səmasında uçuşlar edir və bu uçuşların üçdə biri Livanın şimalında və sərhədlərdən çox içəridə aparılır.

Sionist rejim həmişə 2006-cı ildə Livanla İsrail arasında atəşkəsin bərqərar olunmasına dair BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini görməməzliyə vuraraq Livanın hava, quru və dəniz ərazisini pozur.

Livan rəsmiləri İsrail ordusunun bu ölkə torpağına qeyri-qanuni təcavüzü barəsində dəfələrlə BMT-yə şikayət etmişlər.

↑
Mobil sürümden çık