Çinin mərkəzi və cənub məntəqələrində güclü yağıntılar, sel, yer sürüşməsi və güclü tufanın baş verməsi nəticəsində tələfatın sayı 403 nəfərə çatıb.
Ötən iki gün ərzində Çinin cənub-qərbində yerləşən Şanksi bölgəsində yer sürüşməsi nəticəsində 200-dən çox insan həlak olub və itkin düşüb.
İndiyə qədər qalıqlar və palçıq altından 43 cəsəd çıxarılıb və 150-dən çox insan da itkin düşüb.
Siçuanda sel və yer sürüşməsi nəticəsində dəyən xəsarətin dəyəri ümumilikdə 15 milyard yuan təxminən 3 milyard dollar hesablanıb.
